Ramil 90 dəqiqə oynadı, "sarı" aldı, 1 xala raxı oldu

30 Oktyabr 2023 00:50 Bizimkilər 607
Ramil 90 dəqiqə oynadı, "sarı" aldı, 1 xala raxı oldu

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatında 9-cu turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda öz meydanında "Patum Yunayted"lə qarşılaşıb. Matç 0:0 hesabı ilə başa çatıb.

Start heyətdə meydana çıxan Şeydayev sona qədər oynayıb. O, 82-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

“Buriram Yunayted” bu nəticədən sonra 16 xalla 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti