Bəxtiyar "Erzurumspor"a qarşı necə oynadı?

29 Oktyabr 2023 13:35 Bizimkilər 780
Bəxtiyar "Erzurumspor"a qarşı necə oynadı?

Türkiyə 1-ci Liqasında 11-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadənin çıxış etdiyi "Tuzlaspor" "Erzurumspor"u qəbul edib.

Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 47-ci dəqiqədə Celal Hanalp vurub.

Start heyətdə meydana çıxan Bəxtiyar sona qədər oynayıb.

"Tuzlaspor" hazırda 7 xalla 16-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti