Azərbaycanlı legioner Albaniyada növbəti qolunu vurdu

29 Oktyabr 2023 01:10 Bizimkilər 723
Azərbaycanlı legioner Albaniyada növbəti qolunu vurdu

Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” klubunda növbəti qolunu vurub.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi X turda "Skenderbeu" ilə səfər oyununda fərqlənib.

İsgəndərli üçüncü dəqiqədə hesabı açıb.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Eqnatiya" 10 turdan sonra 20 xalla liderdir. Rəqibindən bir matç az keçirən ikinci sıradakı "Partizani" də eyni xala malikdir.

Digər Xəbərlər
Xəbər Lenti