Musa fasilədə əvəzləndi, komandası səfərdə qalib gəldi

28 Oktyabr 2023 22:40 Bizimkilər 940
Musa fasilədə əvəzləndi, komandası səfərdə qalib gəldi

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının da formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 28-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə "Brommopoykarna" ilə üz-üzə gəlib. Matç "Yurqorden"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Musa da bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və 46-cı dəqiqədə Noel Milleskoqla əvəzlənib.

"Yurqorden" hazırda turnir cədvəlində 50 xalla 4-cü, "Brommopoykarna" isə 27 xalla 14-cüdür.

"Brommopoykarna" - "Yurqorden" - 1:2

Qollar: Vaşiç, 79 - Berqveyl, 33, Fallenyus, 58

Digər Xəbərlər
Xəbər Lenti