"Viktoriya" Mahir Emrelinin yadında bu cür qaldı

28 Oktyabr 2023 08:40 Bizimkilər 743
"Viktoriya" Mahir Emrelinin yadında bu cür qaldı

Konfrans Liqasında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda "Viktoriya"nı qəbul edib

.Qarşılaşma Zaqreb təmsilçisinin 0:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. Millimizin üzvü matça start heyətdə başlayıb və 56-cı dəqiqədə Yosip Drmiçlə əvəzlənib.

26 yaşlı hücumçu sarı vərəqə ilə cəzalandırılıb.

C qrupunda hazırda "Viktoriya" 9 xalla 1-ci, "Dinamo" 3 xalla 2-ci, eyni xalı olan "Balkani" 3-cü, "Astana" isə 4-cüdür (3 xal).

Digər Xəbərlər
Xəbər Lenti