Azərbaycanlı forvard Super Liqada növbəti qolunu vurdu, sevinmədi - VİDEO

28 Oktyabr 2023 09:00 Bizimkilər 2 889
Azərbaycanlı forvard Super Liqada növbəti qolunu vurdu, sevinmədi - VİDEO

Türkiyə Super Liqasında 10-cu turun matçlarına start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günü iki qarşılaşma keçirilib.

Millimizin forvardı Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" "Kayserispor"a uduzub. Renat bu görüşdə komandasının yeganə qolunu vurub.

"Hatayspor" - "Kayserispor" 1:2
Qollar:
Renat Dadaşov, 69 (pen) - B.Berakoğlu, 33 (avtoqol), A.Morte

Digər Xəbərlər
Xəbər Lenti