“Ağlaya-ağlaya çıxdığımız yerə gülə-gülə qayıdırıq” - VİDEO

26 Oktyabr 2023 15:50 Bizimkilər 561
“Ağlaya-ağlaya çıxdığımız yerə gülə-gülə qayıdırıq” - VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad olunmuş Laçın rayonunun Zabux kəndinə qayıdışla bağlı reportaj hazırlayıb.

Reportajda laçınlıların Bakının Qaradağ rayonundan doğma yurd-yuvalarına köçünü əks etdirən görüntülər yer alıb.

“Çox böyük çətinliklərdən çıxmışıq. Taleyin bu gününə şükür. Öz yurdumuza qayıdırıq. Bundan böyük sevinc nə ola bilər ki? Ağlaya-ağlaya çıxdığımız yerə gülə-gülə qayıdırıq”, - sakinlərdən biri deyib.

“Laçından 51 yaşımda çıxmışam, indi 81 yaşımda doğulduğum yerə qayıdıram. Bunu bütün laçınlılara arzu edirəm”, - digər sakin deyib.

Reportajda ailələrin öz mənzilləri ilə tanışlığı da yer alıb. Həmin görüntüləri təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti