Füzuliyə dönən ailələrin sevinci BU VİDEOREPORTAJDA

26 Oktyabr 2023 13:30 Bizimkilər 697
Füzuliyə dönən ailələrin sevinci BU VİDEOREPORTAJDA

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad olunmuş Füzuli şəhərinə qayıdışla bağlı reportaj hazırlayıb.

Reportajda füzulililərin Bakının Qaradağ rayonundan doğma yurd-yuvalarına köçünü əks etdirən görüntülər yer alıb.

“Füzulidən 11 yaşımda çıxmışam, məcburi köçkün olmuşuq. İndi də Füzuliyə qayıdırıq”, - sakinlərdən biri deyib.

“Füzuliyə geri dönürük. Çox həyəcanlı və sevincliyik. İnşallah bütün Füzuli camaatı mənim ailəm kimi öz yurduna dönəcək”, - digər sakin deyib.

Reportajda ailələrin öz mənzilləri ilə tanışlığı da yer alıb.

Həmin görüntüləri təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti