Vüsal Tiranada çox sevindi, çox!

25 Oktyabr 2023 02:40 Bizimkilər 1 181
Vüsal Tiranada çox sevindi, çox!

Albaniyada Superliqasında 9-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” səfərdə “Tirana” ilə qarşılaşıb.

Matç qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

V.İsgəndərli ehtiyat oyunçular skamyasında görüşə başlayıb və 72-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Eqnatiya" 19 xalla çempionata başçılıq edir.

"Tirana" - "Eqnatiya" 2:3
Qollar
: Lulaj, 4 (1:0), Dvamena, 29 (1:1), Kaina, 35 (2:1), Dvamena, 53 (2:2), Pauluskas, 63 (2:3)

Digər Xəbərlər
Xəbər Lenti