Niderland birinci divizionunda 10-cu turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi “Eyndhoven” səfərdə "Jonq PSV" ilə qarşılaşıb və 4:3 hesabıyla qalib gəlib.
90 dəqiqə meydanda olan Ocan Can 81-ci dəqiqədə komandasının 4-cü qolunu vuraraq "Eyndhoven"ə qaələbə qazandırıb.
Bu nəticədən sonra “Eyndhoven” 20 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb. Lider "Roda"nın 23 xalı var.
"Jong PSV" - "Eyndhoven" - 3:4
Qollar: Limuri, 31 (0:1), Uneken, 45+1 (1:1), 52 (2:1), 70 (3:1), Persin, 76 (3:2), Simons, 80 (3:3), Kökçü, 81 (3:4)

