Ağayevə 2 türkiyəli kömək edəcək - "Frayburq"un oyununda

24 Oktyabr 2023 11:00 Bizimkilər 757
Ağayevə 2 türkiyəli kömək edəcək - "Frayburq"un oyununda

FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III turundakı “Baçka Topola” (Serbiya) – “Frayburq” (Almaniya) qarşılaşmasına türkiyəli ədalət təmsilçiləri də təyinat alıblar.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunun VAR hakimləri Alper Ulusoy və Abdulkadir Bitigen olacaq.

Ağayevə laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Oktyabrın 26-da reallaşacaq görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?