«Türkiyə və Azərbaycan mənim vətənimdir».
Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçü deyib.
Hazırda karyerasını Niderlandda - «Eyndhoven»də davam etdirən vinger Türkiyə yığmasının şərəfini qoruyan Orkun Kökçüyə görə sevindiyini bildirib:
«Türkiyə Avropa çempionatına vəsiqə qazandı. Gözəl bir şey də odur ki, qardaşım Türkiyə millisində oynayır.
Son iki matçda zədəyə görə oynamadı. Amma əvvəlki turlarda meydana çıxırdı.
Təbii ki, hamımız qürurluyuq. Məncə, bütün Azərbaycan da Türkiyə adına qürurludur.
Biz Almaniyaya gedə bilməsək də, Türkiyəni dəstəkləyəcəyik».

