Gürcüstan ordusunun azərbaycanlı hərbçisi ölü tapıldı - Çənəsinə atəş açılıb

10 İyun 2023 07:10 Bizimkilər 650
Gürcüstan ordusunun azərbaycanlı hərbçisi ölü tapıldı - Çənəsinə atəş açılıb

Gürcüstan ordusunun 2005-ci il təvəllüdlü azərbaycanlı hərbçisi Yusif Nəsibov odlu silahdan açılmış atəş nəticəsində həlak olub.

Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə iyunun 8-də baş verib.

İlkin məlumata görə, Y. Nəsibov çənə nahiyəsinə açılan atəş nəticəsində hadisə yerində ölüb.

Atəş səsi səbəbindən nəzarət-buraxılış məntəqəsinə baxış keçirilib və İ. Nəsibov ölü tapılıb.

İstintaq Müdafiə Nazirliyi Hərbi Polis İdarəsi tərəfindən davam etdirilir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"