Millimizin müdafiəçisi bu qələbədə iştirakçı oldu

8 İyun 2023 02:10 Bizimkilər 574
Millimizin müdafiəçisi bu qələbədə iştirakçı oldu

Cənubi Koreya çempionatında 17-ci turun görüşləri keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "Kanvon"la qarşılaşıb.

Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu oyunun iştirakçısı olub. 24 yaşlı müdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

17 turdan sonra 25 xal toplayan "Tecon Xana Sitizen" 12 komanda arasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM