“Baxmadım, heç vecimə də deyil, başa düşdüm ki...”

11 Aprel 2023 09:20 Bizimkilər 399
“Baxmadım, heç vecimə də deyil, başa düşdüm ki...”

"Ximki"nin yarımmüdafiəçisi Ayaz Quliyev komandanın sabiq baş məşqçisi Spartak Qoqnievlə mübahisəsini xatırlayıb.

Sportinfo.az "Чемпионата"a istinadən xəbər verir ki, AFFA-nın milli komandamıza cəlb etmək istədiyi yarımmüdafiəçi məsələ haqda bu cür danışıb:

"Qoqniyevlə konfliktimizin videosunun sosial şəbəkəyə düşdüyünü gördüm. Amma baxmadım, çünki heç vecimə də deyildi.

Bu hekayə mənə nə öyrətdi? Başa düşdüm ki, bir insan əsəbləşib alovlanırsa, dayanmaq lazımdır.

Bu münaqişə komandaya təsir etməyib. Çünki elə vəziyyətdə deyilik ki, beynimizdə çətin vəziyyətdən çıxmaqdan başqa bir şey olsun".

26 yaşlı futbolçu bu mövsüm 14 oyunda məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!