Türkiyə klubunun baş məşqçisi Mahir Emrelidən narazıdır?

11 Aprel 2023 03:00 Bizimkilər 1 114
Türkiyə klubunun baş məşqçisi Mahir Emrelidən narazıdır?

“Konyaspor”un baş məşqçisi Aleksandr Stanoyeviç “Antalyaspor”la oyun (1:1) haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, serbiyalı mütəxəssis millimizin hüccumçusu Mahir Emrelinin real şansı qaçırdığını deyib:

“Birinci hissəyə öndə gedə bilərdik, ancaq “Antalyaspor”un qoluna mane ola bilmədik. Doğma meydanda heç-heçə etdiyimiz üçün nəticədən razı deyilik.

Çekici və Emreli yüz faizlik epizodları dəyərləndirə bilmədilər. Rəqib ilk yarıda bizdən daha üstün oyun göstərdi.

İkinci hissədə Pozuelo və Emrelini meydana buraxaraq, oyunu bərabərləşdirməyə çalışdıq. Lakin qələbə gətirən qolu vura bilmədik”.

Mahir Emreli 66-cı dəqiqədə meydana daxil olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!