Renat Dadaşov liderə qol vurmadı, komandası uduzdu

11 Aprel 2023 02:20 Bizimkilər 782
Renat Dadaşov liderə qol vurmadı, komandası uduzdu

İsveçrə çempionatında 27-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" səfərdə "Yanq Boyz"un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 23 yaşlı forvard oyuna start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib.

27 turdan sonra 34 xal toplayan "Qrasshopper" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Yanq Boyz" isə 57 xalla çempionatın lideridir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM