ÇSKA bizim futbolçuların "kefinə soğan doğradı" - Paytaxt derbisindən VİDEO

11 Aprel 2023 01:20 Bizimkilər 751
ÇSKA bizim futbolçuların "kefinə soğan doğradı" - Paytaxt derbisindən VİDEO

Rusiya Premyer Liqasında 22-ci turun matçları keçirilib.

Sportinfo.az xəbər verir ki, Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi "Ximki" növbəti görüşünə çıxıb.

Belə ki, həmyerlilərimizin komandası ÇSKA ilə üz-üzə gəlib. "Ximki" bu görüşdə 0:3 hesabı ilə uduzub.

Həm Sadıqov, həm də Quliyev oyuna start heyətində çıxıb. İlya əvəzlənsə də, Ayaz sona qədər meydanda olub.

"Ximki" 22 turdan sonra 13 xalla 16 kollektiv arasında 15-ci pillədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!