Azərbaycanlı futbolçular Latviyada məğlubiyyətə üzüldülər

10 Aprel 2023 02:50 Bizimkilər 499
Azərbaycanlı futbolçular Latviyada məğlubiyyətə üzüldülər

Latviya çempionatında 4-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Metta/LU” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan xalsız ayrılıb – 2:3.

Start heyətdə meydana çıxan Ramin sonadək oynayıb. Nazim isə 82-ci dəqiqədə meydana buraxılıb, 90+4-də də sarı vərəqə ilə cəzalanıb.

Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM