İsveç yığmasına cəlb edilən azərbaycanlı futbolçu kimdir? - FOTO

10 Aprel 2023 02:20 Bizimkilər 719
İsveç yığmasına cəlb edilən azərbaycanlı futbolçu kimdir? - FOTO

"Örebro"nun U-16 və U-17 komandalarının qapısını qoruyan Murad Əbdürrəhmanov İsveç yığmasına cəlb edilib.

Sportinfo.az xəbər verir ki, həmyerlimiz bir müddət əvvəl İsveçin U-16 yığmasının seleksiya xarakterli məşqinə dəvət olunub.

İsveçlilərin çalışdırıcısı Roger Franzen Muradı sərəncamında görmək istəyib.

Onun yığmanın məşqçilərində özü haqda müsbət fikir yaratdığı bildirilir.

Əbdürrəhmanovun U-16 yığmasının növbəti görüşlərinə də cəlb ediləcəyi gözlənilir. Həmyerlimiz 2007-ci ildə Örebro şəhərində dünyaya gəlib və eyni adlı futbol klubunun yetirməsidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!