Cənubi azərbaycanlı azarkeşlərdən molla rejiminə etiraz – VİDEO+FOTOLAR

10 Aprel 2023 09:20 Bizimkilər 512
Cənubi azərbaycanlı azarkeşlərdən molla rejiminə etiraz – VİDEO+FOTOLAR

İran çempionatının 25-ci turunda Təbriz “Traktor”u İsfahanın “Sepahan” kollektivilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki,təbrizli azarkeşlər Azərbaycanı dəstəkləyərək molla rejiminə qarşı etiraz şüarları səsləndiriblər.

Fanatlar hökumətdən Azərbaycan dilində təhsil hüququnun təmin olunmasını tələb ediblər.

Matçın nəticəsinə gəlincə, oyun Təbriz klubunun minimal üstünlüyü ilə başa çatıb – 1:0.

Hazırda “Traktor” 25 turdan sonra 42 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM