Millimizin müdafiəçisi elə bir anda bu hərəkəti etdi ki…

10 Aprel 2023 01:00 Bizimkilər 849
Millimizin müdafiəçisi elə bir anda bu hərəkəti etdi ki…

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk “Tedjon Xana Sitizen”in heyətində Cənubi Koreya çempionatının VI tur oyununda qırmızı vərəqə alıb.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı müdafiəçi “Suvon”la səfər matçını tamamlaya bilməyib.

Start heyətində meydana daxil olan Krivotsyuk 76-cı dəqiqədə hesab 3:3 olarkən birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bundan sonra iki qol buraxan “Tedjon Xana Sitizen” 3:5 hesabı ilə məğlub olub.

Anton Krivotsyukun komanda hazırda 11 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM