"Konyaspor"un baş məşqçisi Mahirin qol vura bilməməsindən danışdı

9 Aprel 2023 01:00 Bizimkilər 726
"Konyaspor"un baş məşqçisi Mahirin qol vura bilməməsindən danışdı

Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" Türkiyə Superliqasının XXVIII turunda doğma meydanda "Antalyaspor"la 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Aleksandar Stanoyeviç komandasının və azərbaycanlı futbolçunun performansını dəyərləndirib:

"İkinci hissədəki əvəzetmələrlə oyundakı kontrolu əlimizə almağa çalışdıq. Buna görə də Mahir Emrelini meydana buraxdıq və cərimə meydançasına yaxın bir mövqeyə göndərdik.

Endri Çekici və Emreli real qol epizodlarından yararlana bilmədi. Nəticə isə heç-heçə oldu".

Mahir Emreli 66-cı dəqiqədə meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!