Cənubi Azərbaycan klubunun oyunundakı olayı İranı lərzəyə gətirdi – EKSKLÜZİV VİDEO

8 Aprel 2023 13:00 Bizimkilər 1 231
Cənubi Azərbaycan klubunun oyunundakı olayı İranı lərzəyə gətirdi – EKSKLÜZİV VİDEO

“Traktor” İran çempionatının 25-ci turunda “Sepahan”ı qəbul edib.

Oyun Təbriz klubunun qələbəsi ilə başa çatıb - 1:0.

Cənubi Azərbaycan təmsilçisi hazırda 25 turdan sonra 42 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

İsfahanlılarla qarşılaşma gərgin mübarizə şəraitində keçməklə bərabər, tribunaları lərzəyə gətirən şüarlar eşidilib.

Belə ki, “qırmızı qurdlar“ın tərəfdarı matç ərzində dəfələrlə “Yaşasın və var olsun, Azərbaycan“ şüarını səsləndirib.

“Traktor“sevərlər həmin anların görüntülərini Sportinfo.az-ın redaksiyasına göndərib.

Kadrlardan aydın olur ki, təbrizli fanatların dəstək xarakterli şüarları stadionda əməlli-başlı Azərbaycan havası əsdirib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!