Türkiyə Super Liqasında 28-ci turun görüşləri keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" doğma meydanda "Antalyaspor"u qəbul edib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Mahir Emreli də bu oyunun iştirakçısı olub. 26 yaşlı forvard 66-cı dəqiqədə Muhammet Demirin əvəzinə meydana daxil olub.
28 turdan sonra 36 xal toplayan "Konyaspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

