Almaniyada çıxış edən azərbaycanlı hücumçuda problem

6 Aprel 2023 11:00 Bizimkilər 636
Almaniyada çıxış edən azərbaycanlı hücumçuda problem

Almaniyanda "Şalke"nin ikinci komandasında çıxış edən azərbaycanlı futbolçusu Rüfət Dadaşov zədələnib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu "Düsseldorf"a 0:2 hesabı ilə uduzduqları Qərb Regional Liqasının XXVI tur oyununda sıradan çıxıb.

Topuğundan xəsarət alan forvard 10-cu dəqiqədə əvəzlənib.

2013-cü ildən Azərbaycan millisinə dəvət alan Rüfət Dadaşov son olaraq 2020-ci ildə yığmaya çağırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM