Mahir niyə qol vurmur? - “Bəhanə axtarmaq istəmirəm” - VİDEO

4 Aprel 2023 13:40 Bizimkilər 843
Mahir niyə qol vurmur? - “Bəhanə axtarmaq istəmirəm” - VİDEO

“Bəhanə axtarmaq istəmirəm. Baş məşqçi hansı mövqedə yer verirsə, deməli, orada oynaya bilərəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Konyaspor”un azərbaycanlı hücumçusu Mahir Emreli deyib.

Türkiyə mətbuatına danışan Azərbaycan millisinin forvardı tezliklə qollar və assistlər etmək arzusunda olduğunu söyləyib:

“Baş məşqçi hansı mövqeni məsləhət görsə, orada da oynayaram. Təbii ki, o, bunu mənimlə danışır, əsl mövqeyimin hücumçu olduğunu bilir.

Assist etməyi və qol vurmağı səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, qarşıdakı oyunda bunu bacararam”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM