Yığmamızın müdafiəçisi "Seul"un məğlubiyyətinə sevindi

4 Aprel 2023 08:30 Bizimkilər 496
Yığmamızın müdafiəçisi "Seul"un məğlubiyyətinə sevindi

Cənubi Koreya çempionatında 5-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" öz meydanında "Seul"u qəbul edib.

Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 24 yaşlı müdafiəçi qarşılaşmaya satart heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib.

Xallarını 11-ə yüksəldən "Tecon Xana Sitizen" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!