“Onlardan biri Fransa, ikinci isə İrandır” - MN-dən sərt açıqlama

4 Aprel 2023 08:00 Bizimkilər 705
“Onlardan biri Fransa, ikinci isə İrandır” - MN-dən sərt açıqlama

“Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb.

Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal edilib.

Lakin İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməyib”.

Bu barədə Müdafiə Nazirliydən İran Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirilməsinə cavab olaraq bildirilib.

“Əksinə bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənib. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır” - MN-in cavabında qeyd olunur.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM