Latviya çempionatında 3-cü turun oyunları keçirilib.
Avrokuboklara vəsiqə qazanmağı hədəfləyən “Dauqavpils” doğma azarkeşləri önündə “Super Nova”nı qəbul edib.
Azərbaycanlı futbolçuların da iştirak etdiyi görüşdə meydan sahibləri 3:0 hesabı ilə qələbə qazanıb.
Oyuna start heyətində başlayan “Neftçi”nin yetirməsi Ramin Nəsirli 90 dəqiqə meydanda olub. 21 yaşlı yarımmüdafiəçi 77-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb və məhsuldar ötürmə verib.
Bu, Raminin Latviya çempionatında meydana çıxdığı üçüncü matçda ikinci qolu olub. Həmyerlimiz martın 17-də komandasının “Yelqava”ya 1:2 hesabı ilə uduzduğu qarşılaşmada “Dauqavpils”in yeganə topunun müəllifi olmuşdu.
Müqavilə ilə “Turan Tovuz“a məxsus olan Nazim Həsənzadə də “Super Nova” üzərindəki darmadağında iştirak edib. O, 89-cu dəqiqədən etibarən mübarizəyə qoşulub.
“Dauqavplis” 3 turdan sonra topladığı 3 xalla turnir cədvəlində 5-cü pillədə qərarlaşıb.
Razılaşmaya əsasən, hər iki həmyerlimizin ilin sonunadək Latviyada çıxış etməlidir. Onlardan Raminin artıq başqa klubların maraq dairəsinə düşməsini bildirməliyik.
Optibet Virsliqaya liderlik edən “Riqa“, həmçinin Filandiya təmsilçiləri “Neftçi“nin yetirməsini yaxından izləməkdədir.
SPORTİNFO.AZ

