Millimizin hücumçusunun ürəyini xoş edən hadisə

3 Aprel 2023 09:00 Bizimkilər 830
Millimizin hücumçusunun ürəyini xoş edən hadisə

İsveçrə Super Liqasında 26-cı turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, milli komandamızın hücumçusu Renat dadaşovun formasını geyindiyi "Qrasshopper" doğma meydanda "Luqano"nu qəbul edib.

Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 23 yaşlı forvard matçı start heyətdə başlayıb və 90+2-ci dəqiqədə əvəzlənib. O, 76-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Xallarını 34-ə yüksəldən "Qrasshopper" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!