“Neftçi”nin yetirməsi “Super Nova” performansı ilə Latviyada diqqət mərkəzinə düşdü

2 Aprel 2023 11:00 Bizimkilər 500
“Neftçi”nin yetirməsi “Super Nova” performansı ilə Latviyada diqqət mərkəzinə düşdü

Latviya çempionatında 3-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Super Nova” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyunda mövsümdəki ilk qələbəsini qazanıb – 3:0.

Start heyətdə meydana çıxan Ramin 27-ci dəqiqədə vurulan ilk qol zamanı məhsular ötürmə verib, 77-də isə özü rəqib qapısına yol tapıb.

O, 89-cu dəqiqədə əvəzlənib. Nazim isə eyni dəqiqədə meydana buraxılıb.

Müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!