Ordumuz Qarabağda artıq bu ərazilərə də nəzarət edir - VİDEO

2 Aprel 2023 08:10 Bizimkilər 1 683
Ordumuz Qarabağda artıq bu ərazilərə də nəzarət edir - VİDEO

Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri ötən gün nəzarətə götürüb.

Teleqram kanallarında Azərbaycanın nəzarətinə keçən ərazilərin görüntüləri yayılıb.

Görüntülərdə Laçından Şuşaya gedən istiqamətdə olan bütün yüksəkliklərin – Laçındağ (1884), Sarıbaba (2295), Quruxyalı (2036) və Qızıldaş (1951) Azərbaycanın nəzarətinə keçdiyi qeyd olunub.

Erməni separatçılarının silah-sursat daşımaq üçün istifadə etdikləri Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunun üzərində yerləşən 2054 adsız yüksəkliyi martın 25-də Ordumuz nəzarətə götürüb.

3 adsız yüksəklik isə (2250, 2148.0, 1845.6) hələ də erməni separatçıların nəzarətində qalıb. Lakin videoda həmin yüksəkliklərin dörd bir tərəfdən Azərbaycanın nəzarət etdiyi ərazilərlə əhatə olunduğu aydın görünür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!