"Azərbaycanın ən güclü klublarından biri "Fənərbaxça"nın müdafiəçisini istəyir"

2 Aprel 2023 00:40 Bizimkilər 2 187
"Azərbaycanın ən güclü klublarından biri "Fənərbaxça"nın müdafiəçisini istəyir"

Qazaxıstanlı futbol agenti Alım Jalelov "Fənərbaxça"nın yetirməsi olan Mikael Əsgərovun "Kayrat"a transferi haqda danışarkən, Azərbaycan klublarının ona maraq göstərdiyini də bildirib.

Sportinfo.az "Prosports.kz"ya istinadən xəbər verir ki, futbol agenti Əsgərovu istəyən Azərbaycan klubunun adını çəkməyib:

"Xarici komandalardan da təklif var idi. Belarus, Qırğızıstan və Litva variantları oldu.

Hətta Azərbaycanın ən güclü klublarından biri də onu istəyir. Hələ ki, bu məsələ açıq qalır.

Biz daim əlaqə saxlayırıq və danışıqlar aparırıq, onlar Mikaeli izləyir. Əminəm ki, Qazaxıstan klubundakı bir mövsüm uğurlu çıxış etsə, təkliflər daha da çoxalacaq".

20 yaşlı sol cinah müdafiəçisi “Adana Dəmirspor” və “Ekibastuz” klublarında icarə əsasında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!