"Qarabağ"ın yetirməsi Türkiyə təmsilçisinin əsas komandasına cəlb olundu

1 Aprel 2023 22:40 Bizimkilər 4 466
"Qarabağ"ın yetirməsi Türkiyə təmsilçisinin əsas komandasına cəlb olundu

Azərbaycanlı futbolçu “Alanyaspor”un əsas komandasına cəlb olunub.

Söhbət 2 ilə yaxındır adıçəkilən klubun akademiyasında çıxış edən Vüqar Bağırovdan gedir.

O, özü bu barədə sosial şəbəkə hesabından paylaşım edib və ürək sözlərini yazıb:

“Alanyaspor”un əsas komandası ilə məşqə çıxdım. Bu komandanın formasın geyinmək, bərabər məşqə çıxmaq gözəl hisslərdir. A komandasına Superliqa və avrokuboklarda uğurlar arzu edirəm”.

Ölkənin istedadlı yeniyetmələrindən sayılan Vüqar uzun illər “Qarabağ”ın formasını geyinib. 17 yaşlı hücumçu bundan başqa Gürcüstanda da legioner həyatı yaşayıb.

O, mütəmadi olaraq Azərbaycanın aşağı yaş milli komandalarına dəvət olunur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!