Bu ölkədən imtina edib, Türkiyə və Azərbaycanı seçən qardaşlar haqqında MARAQLI ...

1 Aprel 2023 02:00 Bizimkilər 967
Bu ölkədən imtina edib, Türkiyə və Azərbaycanı seçən qardaşlar haqqında MARAQLI ...

Türkiyə AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda Ermənistanla qarşılaşıb.

Türkiyənin 2:1 qalib gəldiyi matçın qolları Orkun Kökçü və Kərəm Aktürkoğluna aiddir.

Ermənistana vurduğu qol ilə gündəmə gələn Orkun Kökçünün 1998-ci il təvəllüdlü qardaşı Ozan Can Kökçü də Azərbaycan millisində çıxış edir.

Kökçülər böyüdükləri Niderlanddan imtina edərək, Türkiyə və Azərbaycanı seçiblər. Qardaşlar alt baza hazırlığını Hroningendə alsalar da, bu ölkənin yığmasında forma geyinmək istəməyiblər.

Orkun'dan sonra Ozan Kökçü de Hollanda'yı elinin tersiyle itti

Ozan Kökçü

Futbol karyerasına Avropada başlayan, daha sonra olduqları ölkələrinin milli komandalarına üstünlük verən futbolçuların əksinə, Kökçü qardaşlarının Hollandiyaya üstünlük verməməsi, qardaş ölkələrin Türkiyə və Azərbaycan millilərində meydana çıxması diqqət çəkir.

Hər iki qardaşı Hollandiya futbol ictimaiyyəti də maraqla izləyir.

Ozan Kökçü müsahiblərindən birində belə deyib: "Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur. Qürurlu və xoşbəxtik".

Orkun Kökçü: Biz kendimizden eminiz

Orkun Kökçü

"Eyndhoven"də çıxış edən Ozan Can Kökçü 2019-cu ildə Azərbaycanın əsas milli komandasına dəvət alıb.

Bir çox futbolçunun əksinə olaraq milliyyətçiliyini gizlətməyən Ozanın Azərbaycan formasını geyinməsi bəyənilib, adı Avropanın aparıcı klublarında hallanan

Orkun isə dəfələrlə Hollandiya Milli Komandasından təklif almasına baxmayaraq Türkiyəni seçib və türk futbolsevərlər tərəfindən də sevinclə qarşılanıb.

detail-photo-fancybox-1

Karyerasını Avropada davam etdirən Orkun Kökçü LGBT rəngli kapitan sarğısını taxmaqdan imtina edib və liqa arasında Ümrə ziyarəti edib. “Yeni Şafak Spor”a açıqlama verən Orhunun atası və meneceri Halis Kökçü oğlunun bunu dini inancları üçün etdiyini bildirib.

Atası Halis Kökçü də həmin açıqlamada bu sözləri qeyd edib: “Orkun inancı və rəftarı ilə tanınan bir insandır. Bu onun karyerası boyu davam edəcək. O, inancının səbəbini və münasibətini nümayiş etdirdi. Hər gün belə davam edəcək. Orkun hər zaman öz doğruları ilə yaşayır”.

Ozan Can Kökçü'den Beşiktaş itirafı! - Son Dakika Spor Haberleri

Bu yaxınlarda Hollandiya Futbol Federasiyası qərar verdi ki, komanda kapitanları matçlar zamanı “OneLove” loqosu olan bandı geyinməlidirlər.

Son olaraq onu da qeyd edək ki, Ozan Can Kökçü 2021-ci ildə Sevil adlı xanımla ailə həyatı qurub. Futbolçunun nikah mərasimi Niderlandın Hofddorp şəhərində keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti