Azərbaycanlı futbolçular "Lokomotiv" önündə - VİDEO

1 Oktyabr 2022 02:40 Bizimkilər 790
Azərbaycanlı futbolçular "Lokomotiv" önündə - VİDEO

Rusiya Kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Ayaz Quliyevlə İlya Sadıqovun çıxış etdiyi "Ximki" doğma meydanda "Lokomotiv"lə qarşılaşıb.

Matç Moskva təmsilçisinin 5:0 hesablı qələbəsiylə başa çatıb.

Ayazın adı bu matçın iştirak ərizəsinə salınsa da, o, sonadək ehtiyatda qalıb. İlya isə start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

3 turdan sonra 1 xal toplayan "Ximki" 4 komandanın yer aldığı qrupda sonuncu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...