Mahir Emreli üçün önəmli olan nədir? – Özü bunu açıqladı

4 May 2022 13:20 Bizimkilər 931
Mahir Emreli üçün önəmli olan nədir? – Özü bunu açıqladı

"Əlbəttə, qollar oyunun ən gözəl məqamıdır".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Dinamo"nun hücumçusu Mahir Emreliyə məxsusdur.

Bu ilin fevralında "Legiya"nı Zaqreb klubuna dəyişən yığmamızın forvardının fikrincə, ən önəmlisi hər matçda var gücünü ortaya qoymaqdır:

"Çünki bu, oyun vaxtı komandama kömək edir. Fərqlənmək əladır. Amma nəticə sonda bilinir. Ən vacibi 3 xaldır.

Məsələn, "Riyeka" ilə görüşdə vurduğum qol önəmli idi. Bundan sonra kapitan Ariyan Ademi qələbə topunu vurdu və biz oyunu kökündən dəyişdik.

Ən gözəli odur ki, sonda qalib gəldik, təslim olmadıq və sonadək mübarizə apardıq. Bu, böyük geri dönüş idi".

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM