"Bu, məni çox incidir - Kişilərin ağladığını görmək inanılmazdır"

3 May 2022 13:40 Bizimkilər 1 498
"Bu, məni çox incidir - Kişilərin ağladığını görmək inanılmazdır"

"Ertsgebirge"də çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov komandasının II Bundesliqanı tərk etməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu "Darmştadt"a 0:6 hesabı ilə uduzduqları XXXII tur oyunundan sonra bu barədə açıqlama verib.

Nazarov karyerasında ilk dəfə aşağı liqaya endiyini söyləyib:

"Bu, məni çox incidir. Komandadakı yetkin kişilərin ağladığını görmək inanılmazdır.

Amma 32 oyunda 23 xal toplayırsınızsa, çempionatı tərk etməyə layiqsiniz".

"Ertsgebirge" sona iki tur qalmış 23 xalla 17-ci pillədə qərarlaşıb. Aue təmsilçisi 31 xala malik "Dinamo" (Drezden) komandasına çatmaq şansını itirib.

Digər Xəbərlər
Xəbər Lenti