Azərbaycanlı yarımmüdafiəçiyə Yunanıstan elitasından MARAQLI TƏKLİF

2 May 2022 21:00 Bizimkilər 1 337
Azərbaycanlı yarımmüdafiəçiyə Yunanıstan elitasından MARAQLI TƏKLİF

Yunanıstan klubu azərbaycanlı futbolçunun xidmətində maraqlıdır.

Aadıçəkilən ölkənin yüksək dəstəsində mübarizə aparan “İonikos” Tural Bayramlını heyətinə qatmaq istəyir.

Məlumatı saytımıza açıqlamasında futbolçunun agenti İlkin Əliyev də təsdiqləyib. O, Afina təmsilçisinin Turalla hələ ötən payızda maraqlandığını, lakin müəyyən səbəblər üzündən keçidin baş tutmadığını bildirib.

Bayramlının “Səbail”lə müqaviləsi mayın sonuna qədərdir. Buna baxmayaraq, yunanlar artıq indidən danışıqlara start verib.

24 yaşlı yarımmüdafiəçi ötən ilin sonunu Yunanıstanda keçirib. Sentyabrda ikinci liqada mübarizə aparan “Pierikos”la anlaşayn Bayramlı, klub şərtlərini yerinə yetirmədiyinə görə qışda qədim Elladanı tərk etmişdi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!