Mahir derbidə - VİDEO

2 May 2022 11:20 Bizimkilər 1 000
Mahir derbidə - VİDEO

Xorvatiya çempionatında 33-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Lokomotiva” ilə qarşılaşıb. Futbolçumuzun komandası Zaqreb derbisindən heç-heçə ilə ayrılıb – 1:1.

Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra 70 xala malik “Dinamo” vahid liderliyini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM