Almaniya 2-ci Bundesliqasında 32-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” bu turda səfərdə "Darmştadt"la qarşılaşıb və 0:6 hesabı ilə uduzub.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
32 oyuna 23 xal toplayan “Erzgebirge” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. "Darmştadt" isə 57 xalla 2-ci pillədə qərarlaşıb.

