Millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında 33-cü tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Ante Çaçiçin baş məşqçisi olduğu komanda səfərdə "Lokomotiva" ilə qarşlaşıb.
Zaqreb derbisi 1:1 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Emreli 63-cü dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra "Dinamo" 70 xalla 1-ci, "Lokomotiva" 45 xalla 5-cidir.
"Lokomotiva" - "Dinamo" 1:1
Qollar: Kulenoviç, 30 (1:0), Ademi, 50-pen. (1:1)

