Namiq 46 dəqiqə oynadı, "Bursaspor" Manisada qalib gəldi

1 May 2022 20:00 Bizimkilər 770
Namiq 46 dəqiqə oynadı, "Bursaspor" Manisada qalib gəldi

Türkiyə TFF I Liqasında 35-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Namiq Ələskərovun çıxış etdiyi "Bursaspor" səfərdə "Manisaspor"la qarşılaşıb.

Oyun Bursa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan millimizin yarımmüdafiəçisi 46-cı dəqiqədə - hesab 1:1 olanda əvəzlənib.

"Bursaspor" bu nəticədən sonra 38 xalla 19 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Ələskərov "Bursaspor"da 6 qol və 6 məhsuldar ötürmə ilə komandasının ən məhsuldar oyunçusudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!