"Azərbaycan bu yarışa ev sahibliyi etmək istəyir"

1 May 2022 13:20 Bizimkilər 750
"Azərbaycan bu yarışa ev sahibliyi etmək istəyir"

Rusiya Mini-Futbol Assosiasiyasının prezidenti Emil Əliyev Azərbaycan millisinin də iştirak edəcəyi gözlənilən "Kaspi kubok"u barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Əliyev Rusiyanın "Matç TV" kanalına verdiyi müsahibəsində ölkəmizin də turnirə ev sahibliyi edəcəyini söyləyib:

"Kaspi kubok"u dekabrda İranın paytaxtı Tehranda keçiriləcək. Turnirdə Azərbaycan, Qazaxıstan, İran və Rusiya milliləri iştirak edəcək.

Rusiya millisinin iştirakı ilə bağlı problem yaranacaqmı? Düşünmürəm. İranla uzun müddətdir ki, əməkdaşlıq edirik.

Bu turnir Həştərxanda keçirilib. Bu dəfə isə İranın növbəsidi. Bu turniri Qazaxıstan və Azərbaycan ev sahibliyi etmək istəyir.

İran da turnirə hazırlaşır, onların bununla bağlı planları var".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!