İki azərbaycanlı Rusiya klubuna qələbə qazandırdı - VİDEO

1 May 2022 01:00 Bizimkilər 761
İki azərbaycanlı Rusiya klubuna qələbə qazandırdı - VİDEO

Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonra ikinci ən güclü liqa) 35-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Kamran Əliyev və David Qarayevin çıxış etdiyi “SKA-Xabarovsk” doğma meydanda “Fakel”lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Kamran sözügedən 46-cı dəqiqədə meydana daxil olub və 71-ci dəqiqədə komandasınıın bərabərlik qolunu vurub.

Vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev isə start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 90+2-ci dəqiqədə komandasının qələbə qolunun müəllifi olub.

“SKA-Xabarovsk” 35 turdan sonra 59 xalla 20 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!