"Dinamo"nun baş məşqçisi: "Mahirin oynaması sual altındadır"

30 Aprel 2022 17:20 Bizimkilər 789
"Dinamo"nun baş məşqçisi: "Mahirin oynaması sual altındadır"

Azərbaycan millisinin və "Dinamo"nun (Zaqreb) futbolçusu Mahir Emrelinin "Lokomotiva"ya qarşı Xorvatiya I Liqasının XXXIII tur matçında meydana çıxması sual altındadır.

Sportinfo.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç oyundan öncə keçirilmiş mətbuat konfransında açıqlama verib.

69 yaşlı mütəxəssis digər zədəlilərin durumunun yaxşı olduğunu bildirib:

"Son məşqdən sonra kimlərin start heyətində olacağı dəqiqləşəcək. Uşaqlar çalışırlar. Bu. fərqli oyn olacaq. Rəqib meydana yüksək motivasiya ilə çıxacaq".

Bu gün keçiriləcək "Lokomotiva" - "Dinamo" oyunu Bakı vaxtı ilə saat 21:05-də başlayacaq.

Mahir Emreli "Qoritsa"ya 1:0 hesabı ilə qalib gəldikləri XXXII tur oyununda çiynindən zədələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!