Namiq Ələsgərovun menecerindən AÇIQLAMA - "Bursaspor"da qalır, ya gedir?

30 Aprel 2022 13:00 Bizimkilər 1 142
Namiq Ələsgərovun menecerindən AÇIQLAMA - "Bursaspor"da qalır, ya gedir?

"Bursaspor"da legioner həyatı yaşayan Namiq Ələsgərovun meneceri Vaqif Heydərli Sportinfo.az-a açıqlama verib.

O, son dönəmlər haqqında müxtəlif iddialar dolaşan Ələsgərovun son durumu və gələcək planlarına aydınlıq gətirib:

"Çempionatın bitməsinə 4 tur qalır. "Bursaspor"un taleyinə hələ tam aydınlıq gəlməyib. Aşağı liqaya düşüb-düşməyəcəyi barədə.

Hər şey əslində buna görə cavabsız qalıb. İndiki vəziyyətdə Namiqin və ya mənim hansısa klubla danışıq aparamağım nə hüququ cəhətdən, nə də etik cəhətdən uyğundur.

Bir sözlə, heç kimlə danışıq aparılmır. İlk öncə "Bursaspor"un vəziyyətinin necə olacağını gözləyirik.

Yalnız bundan sonra durumu dəyərləndirib qərar verəcəyik. Bütün müzakirə və fikirlər ondan sonra aparılacaq".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!