O, "Panatinaikos" üçün Azərbaycandan gedəcək

29 Aprel 2022 19:20 Bizimkilər 974
O, "Panatinaikos" üçün Azərbaycandan gedəcək

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının vacib oyununa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı baş hakim Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, "Panatinaikos" və "Aris" arasında çempionluq qrupunun VI tur oyununda ədaləti qoruyacaq.

Ona laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək.

Mayın 1-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!