"Namiq Ələsgərov "Bursaspor"dakı hər kəsi təəccübləndirir"

29 Aprel 2022 13:00 Bizimkilər 1 297
"Namiq Ələsgərov "Bursaspor"dakı hər kəsi təəccübləndirir"

Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərov “Bursaspor”dakı çıxışı ilə Türkiyə mətbuatının gündəmindən düşmür.

Sportinfo.az xəbər verir ki, "Bursaspor"da bu gün" portalı Ələsgərovun 6 qol və 6 assistlə komandanın ən dəyərli futbolçusu olduğunu yazıb.

Amma eyni zamanda Türkiyə mətbuatı Namiqin fərqlənə bilmədiyi və qaçırdığı epizodları da toxunulub:

“27 yaşlı futbolçu tez-tez sərfəli epizodlardan istifadə edə bilmir. "Dənizlispor"a 1:0 qalib gəldikləri matçda Namiq penaltidən də yararlana bilmədi.

Halbuki bu görüşdə yeganə qolu özü vurmuşdu. Ələsgərovun oyunu məşqçilər korpusu və klubdakı hər kəsi yaxşı mənada təəccübləndirir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!